ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

DSMF-nin sədri vətəndaş qəbulunu davam etdirir
25 iyul 2023

Hörmətli vətəndaşlar!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov vətəndaş qəbulunu davam etdirir.

Fond sədri 11 avqust 2023-cü il tarixində, saat 10.00-da Yardımlı rayonunda Yardımlı və Masallı sakinlərini qəbul edəcək.
Vətəndaşların pensiya, sosial müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı, fərdi uçot və qurumun fəaliyyətinə aid digər sahələrə dair məsələlərlə bağlı müraciətləri cavablandırılacaq.  
Qəbula yazılmaq üçün adları qeyd edilmiş rayonların sakinləri avqust ayının 2-dək Fondun Yardımlı və Masallı rayonlarında yerləşən şöbələrinə müraciət edə, (055) 912-34-22 telefon nömrəsinə zəng edə,  gabul-dsmf@sosial.gov.az elektron poçt ünvanına məktub göndərə bilərlər. 
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.