Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Zəka Mirzəyev (DSMF) ölkəmizdə səfərdə olan Serbiyanın Pensiya və Əlillik Sığortası Fondunun (PƏSF) direktoru Relja Ognjenoviçin və Sosial Sığorta Qurumunun (SSQ) direktoru Zoran Panoviçin rəhbərlik etdikləri nümayəndə heyətləri ilə görüşüb.
Görüşdə DSMF-nin sədri Zəka Mirzəyev Fondun fəaliyyət istiqamətləri, əhaliyə göstərilən xidmətlər, ölkədə son illər ərzində həyata keçirilən sosial islahat paketləri, pensiya sistemində tətbiq olunan yeniliklər və sosial xidmətlərin elektronlaşdırılması barədə məlumat verib.
PƏSF-nin direktoru Relja Ognjenoviç və SSQ-nin direktoru Zoran Panoviç Serbiyada pensiya və sosial sığorta sisteminin strukturu, tətbiq olunan müasir texnoloji həllər, elektron xidmətlər və sosial təminat sahəsində həyata keçirilən islahatlar barədə danışıblar.
Görüşdə sosial sığorta və pensiya təminatı sahəsində fikir mübadiləsi aparılıb, sosial xidmətlərin rəqəmsal transformasiyası, biznes proseslərinin rəqəmsallaşdırılması və müasir texnologiyaların tətbiqi mövzularında təqdimatlar olub, qurumlar arasında əməkdaşlıq haqqında üçtərəfli Anlaşma Memorandumu imzalanıb.
Görüşlərdə həmçinin Serbiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljeviç də iştirak edib.







