DSMF-də 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə görüş keçirilib
03 FEVRAL 2026

DSMF-nin İdarə Heyətinin sədri Zəka Mirzəyev 2 Fevral – Azərbaycan Gəncləri Gününün tarixi, ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasəti barədə məlumat verib. 

Fondun sədri bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 1997-ci ildə imzaladığı Sərəncama əsasən hər il ölkəmizdə 2 Fevral – Azərbaycan Gəncləri Günü kimi qeyd olunur. Bu, Azərbaycan gəncliyinin cəmiyyət və dövlət quruculuğundakı roluna verilən yüksək dəyərin ifadəsidir. 

Dövlət Sosial Müdafiə Fondu tərəfindən də gənclərə daim diqqət və qayğı göstərilir, onların sosial və peşəkar inkişafının dəstəklənməsi, potensiallarının artırılması, maraqlarının qorunması və əmək fəaliyyətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.     

Sonda Gənclər Günü münasibətilə Fondun strukturunda çalışan, kollektivdə yüksək peşəkarlığı ilə fərqlənən və müxtəlif sosial təşəbbüslər göstərən gənc əməkdaşlar təşəkkürnamələrlə təltif edilib. 

Təltif olunan gənc əməkdaşlar onlara göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.