“Dəyişikliklərin idarə edilməsi – transformasiya və kənar tələbatın naviqasiyası” mövzusunda vebinar keçirilib
18 NOYABR 2025

Beynəlxalq Sosial Təminat Assosiasiyasının (ISSA) təşkilatçılığı ilə “Dəyişikliklərin idarə edilməsi – transformasiya və kənar tələbatın naviqasiyası” mövzusunda vebinar keçirilib.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əməkdaşlarının da iştirak etdiyi vebinarda sosial təminat qurumlarının üzləşdiyi daxili və kənar dəyişikliklər, onların fərqli və oxşar cəhətləri, bu cəhətlərin rolu, dəyişiklikləri idarə edərkən qısamüddətli əməliyyat düzəlişlərinin uzunmüddətli strateji məqsədlərlə uzlaşdırılma yolları müzakirə olunub.

Eləcə də həm daxili, həm də kənar dəyişiklikləri proaktiv şəkildə idarə etmək üçün təşkilati potensialın formalaşdırılmasında rəhbərliyin rolu haqqında danışılıb.