Beynəlxalq Sosial Təminat Assosiasiyasının (ISSA) təşkilatçılığı ilə “Davranış anlayışı üzrə alətlər” mövzusunda vebinar keçirilib.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əməkdaşlarının da iştirak etdiyi vebinarda davranış anlayışı və onun sosial təminat qurumlarına köməyi, ISSA-nın yeni davranış anlayışı üzrə alətlər, onların qeyri-formal sektorda çalışan işçilərin sosial təminat sistemlərinə qoşulmalarında və sosial sığorta ödəmələrinin həyata keçirilməsinə mane olan davranış baryerlərini anlamaqda qurumlara köməyi haqqında müzakirələr aparılıb.
Eləcə də qurumların qeyri-formal sektorda çalışan işçilər arasında etimad yaratmaq, prosedurları sadələşdirmək və davamlı iştirakı təşviq etmək üçün hazırlaya biləcəyi müdaxilə strategiyaları haqqında danışılıb.







