Cari ilin yanvar ayında 24 161 vətəndaş müraciəti cavablandırılıb
27 FEVRAL 2026

2026-cı ilin yanvar ayı ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən ümumilikdə məktub, telefon zəngi və sosial şəbəkə hesabları vasitəsilə 24 161 vətəndaş müraciəti cavablandırılıb.

Bunlardan 22 043-ü rəsmi məktub və telefon zəngi, 2 118 -i isə sosial şəbəkə hesablarından daxil olmuş müraciətlərdir.