Cari ilin 9 ayında sığortaolunanların sayı 2,3%-dən çox artıb
13 OKTYABR 2025
2025-ci ilin yanvar-sentyabr ayları ərzində fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 122,5 min nəfərdən və ya 2,3%-dən çox artıb.
Beləliklə, 2025-ci ilin 1 oktyabr tarixinə uçota alınmış sığortaolunanların sayı 5 mln. 286 min nəfərdən çox təşkil edib.







