ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Beynəlxalq vebinar keçirilib
18 iyul 2024

“Pensions&Investments” beynəlxalq qurumunun təşkilatçılığı ilə “Pensiya gəlirlərinin idarə olunması: sosial təminat və inkişaf üçün pensiya planı çərçivəsində həllər” mövzusunda vebinar keçirilib.
DSMF əməkdaşlarının da iştirak etdiyi vebinarda pensiyaya çıxdıqdan sonra pensiya yığımının birdəfəlik çıxarılması strategiyaları və pensiya planı çərçivəsindəki müxtəlif investisiya formaları, pensiya planı daxilində annuitet variantlarının təklif edilməsi ilə bağlı etibarlı mülahizələr müzakirə olunub. Həmçinin xərcləmə qərarlarının mürəkkəbliyinə dair iştirakçıların istiqamətləndirilməsi üçün alətlər və ən yaxşı təcrübələr mövzusu ətrafında fikir mübadiləsi aparılıb.