ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Beynəlxalq konfrans keçirilib
04 sentyabr 2024

Malayziyanın Kuala Lumpur şəhərində Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) “Özünüməşğul və platforma işçiləri üçün sosial təminat: Beynəlxalq inteqrasiya və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilib. 
Konfransda dünyada baş verən dəyişikliklər səbəbindən iqtisadi qeyri-sabitlik dövründə platforma işçiləri və özünüməşğul şəxslərin sosial təminatına dair inklüziv milli təcrübələr, eləcə də onların ölkələr arasında bağlanmış beynəlxalq müqavilələr çərçivəsində sosial təminat məsələləri müzakirə olunub. 
Konfransın plenar sessiyasına sədrlik edən Dövlət Sosial Müdafiə Fondunun Beynəlxalq əlaqələr departamentinin müdiri Elşad Xanəlibəyli son illər ərzində Azərbaycanda platforma işçiləri və özünüməşğul şəxslərin sosial müdafiəsi sahəsində görülmüş işlər və aparılan islahatlar barədə məlumat verib. 
Surdo tərcümə ilə yayımlanan tədbiri 2000 nəfərdən çox şəxs izləyib. 
Platforma işçiləri və özünüməşğul şəxslərin müdafiəsi istiqamətində dayanıqlı sosial təminat sisteminin təkmilləşdirilməsi, eləcə də beynəlxalq müqavilələrin icrası ilə bağlı zəruri tədbirlərin görülməsi sahəsində ölkəmizdə əldə olunan nailiyyətlər BSTA-ya üzv olan dövlətlərin pensiya və sosial fondlarının nümayəndələri tərəfindən yüksək qiymətləndirilərək, Azərbaycanın bu sahədə müsbət təcrübəsinin digər ölkələrdə də tətbiqi perspektivləri üzrə geniş müzakirələr aparılıb. 
Konfransda BSTA-ya üzv qurumların nümayəndələri ilə yanaşı, Malayziyanın Baş nazirinin müavini Əhməd Zahid Həmidi, Malayziyanın insan resursları naziri Steven Sim Çi Keonq, digər yüksək səviyyəli dövlət rəsmiləri, habelə müxtəlif beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.