ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Avropada xidmətlərin göstərilməsi və texnoloji yeniliklər” mövzusunda beynəlxalq simpozium keçirilib
27 noyabr 2024

İstanbul şəhərində Beynəlxalq Sosial Təminat Assosiasiyası (ISSA) tərəfindən “Avropada xidmətlərin göstərilməsi və texnoloji yeniliklər” mövzusunda beynəlxalq simpozium keçirilib.

Simpoziumda iştirak edən Dövlət Sosial Müdafiə Fondunun Beynəlxalq əlaqələr departamentinin müdiri Elşad Xanəlibəyli “Xidmətlərin göstərilməsinə və avtomatlaşdırılmasına proaktiv yanaşmalar” sessiyasına sədrlik edərək, sosial təminat sahəsində müxtəlif Avropa dövlətləri, o cümlədən ölkəmizdə həyata keçirilən proaktiv xidmətlər barədə məlumat verib. 
Bununla yanaşı “Məlumat, məxfilik, imkanlar, texnologiyalar: xidmətlərin çatdırılması üçün sərhədlərin genişləndirilməsi” mövzusunda sessiyada ölkəmizin sosial təminat sahəsində müxtəlif növ fərdi məlumatların qorunması qaydaları, transsərhəd mübadilələr zamanı məlumatların məxfiliyi, müntəzəm auditlər və girişə nəzarət mexanizmləri diqqətə çatdırılıb. 
ISSA çərçivəsində Türkdilli Dövlətlərin Əlaqələndirmə Qrupunun ilk qeyri-rəsmi görüşü də keçirilib. Qrupun yaranması, məqsədləri, sosial təminat məsələlərinə dair fikir mübadiləsi aparılıb.