71 182 nəfərə birdəfəlik ödəniş edilib
06 sentyabr 2024
2024-cü ilin yanvar-avqust ayları ərzində 71 182 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Fond tərəfindən ödəniş edilib.
Müavinət ödənişləri 33 214 nəfər qız, 37 968 nəfər oğlan uşağına görə aparılıb.