2025-ci ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda 7,6% artım qeydə alınıb
16 YANVAR 2026
2025-ci ilin yanvar-dekabr ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 455,3 mln. manat və ya 7,6% artım qeydə alınıb.
Büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 227,1 mln. manat və ya 11,6%, qeyri-büdcə təşkilatları üzrə isə 474,1 mln. manat və ya 12,5% artımla olub.







