ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

2018-2024-cü illərdə əlilliyə görə sosial ödənişlərə ayrılan illik vəsait 2 dəfədən çox artıb
03 dekabr 2024

Ölkəmizdə aparılan sosial islahatların tərkib hissəsi kimi, əlilliyi olan şəxslərə yönələn sosial ödənişlərin davamlı artımı da təmin olunur.

Bu kateqoriyadan olan şəxslərə əlilliyə görə aylıq pensiya, müavinət, təqaüd ödənilir. 2018-2024-cü illərdə ölkədə minimum pensiyada 2,5 dəfə,  orta aylıq pensiyada 2,4 dəfə, müavinət və təqaüd ödənişlərində 5 dəfə artım baş verib.

Həmçinin, əlilliyə görə sosial ödənişlərə ayrılan illik vəsaitdə 2,1 dəfə və ya 1,3 mlrd. manat artım özünü göstərib. 

Həmin vəsait 2018-ci ildə 1,2 mlrd. manat təşkil edirdisə, hazırda 2,5 mlrd. manata yaxındır.