Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xidmət keyfiyyətini daha da artırmaq və vətəndaş məmnuniyyətini təmin etmək məqsədi ilə növbəti yeniliyə imza atılıb.
Elektron xidmətlərin tətbiqi nəticəsində vətəndaşlar “Kapital Bank”ın Birbank mobil tətbiqinə daxil olaraq əməliyyatlar hissəsində uşağın anadan olmasına və dəfnə görə onlara təyin edilmiş birdəfəlik müavinətləri görə biləcəklər.
Müavinətin məbləği, hansı növə aid olduğu barədə məlumatlar Birbank tətbiqində əks olunacaq.
Həmin məbləği “Kapital Bank”dan nağdlaşdırmaq və ya Birbank tətbiqi ilə istənilən karta köçürərək də əldə etmək olar.
Birbank mobil tətbiqi olmayan müştərilərə isə SMS vasitəsilə keçid linki göndəriləcək ki, bu linkə daxil olmaqla birdəfəlik ödənişləri istənilən bank hesabına köçürmək mümkün olacaq.