Tovuzda ictimai dinləmə keçiriləcək
05 sentyabr 2024
Hörmətli vətəndaşlar!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 13 sentyabr 2024-cü il tarixində saat 15:00-da Tovuz rayonunda Qazax və Tovuzdan olan ictimaiyyət nümayəndələrinin iştirakı ilə pensiya və sosial müavinətlərə dair ictimai dinləmə keçiriləcək.
İctimai dinləmədə iştirak etmək istəyirsinizsə, DSMF-nin Tovuz rayonunda yerləşən regional filialına və Qazaxda yerləşən qəbul şöbəsinə yaxınlaşıb, eləcə də Fondun sosial şəbəkə hesabları vasitəsi ilə müraciət edib qeydiyyatdan keçə bilərsiniz.