“Təşkilati dayanıqlılığı gücləndirmək üçün yaradıcılıq (kreativlik) və çeviklikdən faydalı istifadə” mövzusunda vebinar keçirilib
05 noyabr 2024
Beynəlxalq Sosial Təminat Assosiasiyasının (ISSA) təşkilatçılığı ilə “Təşkilati dayanıqlılığı gücləndirmək üçün yaradıcılıq (kreativlik) və çeviklikdən faydalı istifadə” mövzusunda vebinar keçirilib.
DSMF əməkdaşlarının da iştirak etdiyi vebinarda sosial təminat qurumunda kreativliyi və çevikliyi təmin edən əsas amillər, böhrana cavab vermək üçün bu özəlliklərdən faydalanmağın üsulları kimi məsələlər müzakirə olunub. Eləcə də sosial təminat qurumlarının kreativliyi və çevikliyi təşviq etmək qabiliyyətinə təsir edən əsas idarəçilik xüsusiyyətləri, sosial təminat kontekstlərində bu sahə üzrə məhdudiyyətlər ətrafında fikir mübadiləsi aparılıb.