“Süni zəkaya hazırlıq: sosial müdafiə sistemində süni zəkadan istifadəyə hazırsınızmı?” mövzusunda beynəlxalq vebinar keçirilib
14 MAY 2026
"Rəqəmsal Konvergensiya Təşəbbüsü” çərçivəsində “SocialProtection.org” platformasının təşkilatçılığı ilə “Süni zəkaya hazırlıq: sosial müdafiə sistemində süni zəkadan istifadəyə hazırsınızmı?” mövzusunda beynəlxalq vebinar keçirilib.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əməkdaşlarının da iştirak etdiyi vebinarda məlumat hazırlığı və məlumat bazasının əsasları, hüquqi və normativ çərçivələr, idarəetmə və institusional potensial, süni zəkanın tətbiqinə zəif hazırlığın mümkün riskləri və erkən xəbərdarlıq əlamətləri müzakirə olunub. Həmçinin qurumların məsuliyyətli və effektiv süni zəka tətbiqinə hazırlığının qiymətləndirilməsi üçün praktik alətlər haqqında danışılıb.







