İyun ayı ərzində 1 875 vətəndaş müraciəti cavablandırılıb
04 iyul 2023
Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə 2023-cü ilin iyun ayı ərzində 1 875 vətəndaş müraciəti cavablandırılıb.
Müraciətlərin 754-ü ünvanlı dövlət sosial yardımı, 399-u pensiya təyinatı, 431-i sosial müavinət və təqaüd, 17-si sosial sığorta və fərdi uçot, 274-ü isə digər istiqamətlər üzrə olub.