Qəbələdə növbəti "Sosial dəstək – sağlam gələcək" layihəsi uğurla həyata keçirilib
10 SENTYABR 2026
Qəbələdə növbəti "Sosial dəstək – sağlam gələcək" layihəsi uğurla həyata keçirilib.
“Sosial dəstək – sağlam gələcək” layihəsi çərçivəsində növbəti tədbir reallaşdırılıb. Qəbələ şəhərində ünvanlı dövlət sosial yardımı alan aztəminatlı ailələrin bu il birinci sinfə gedəcək uşaqları tibbi müayinə olunub, onlara ehtiyac duyulan laborator xidmətlər göstərilib, qanın ümumi analizi, USM (ultrasəs müayinəsi) edilib. Müayinədə iştirak edən birincilərə yeni tədris ilinə hazırlıq məqsədilə məktəbli ləvazimatlarından ibarət hədiyyələr təqdim olunub. Dövlət Sosial Müdafiə Fondunun təşəbbüsü ilə reallaşdırılan bu layihə “Referans Qəbələ Tibb Mərkəzi” və “Zəka məktəb və ofis ləvazimatları” şirkəti ilə əməkdaşlıq çərçivəsində təşkil edilib.
Digər







