Onlayn formatda beynəlxalq konfrans keçirilib
16 iyul 2024
Birləşmiş Krallığın Pensiyaların İdarə Edilməsi İnstitutunun təşkilatçılığı ilə “Pensiyaların gələcəyi” mövzusunda onlayn formatda beynəlxalq konfrans keçirilib.
DSMF əməkdaşlarının da iştirak etdiyi konfransda gələcək pensiya tendensiyaları, pensiya ödənişləri üzrə texnologiyaların tətbiqi və ümumi siyasət ətrafında fikir mübadiləsi aparılıb. Eləcə də illik konfransın icmalı və əsas nəticələri müzakirə olunub.