Noyabrda DSMF-nin fəaliyyət istiqamətləri üzrə 37 250 vətəndaş müraciəti cavablandırılıb
16 DEKABR 2025

2025-ci ilin noyabr ayında Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 37 250 vətəndaş qəbul edilib və onların müraciətləri cavablandırılıb.

Həmin vətəndaşların 94 nəfəri Fondun Aparatının rəhbər şəxsləri tərəfindən, 1 365 nəfəri Fondun Aparatının Qəbul Mərkəzində, 1 821 nəfəri mərkəzi, 33 970 nəfəri isə regional filiallarda qəbul edilib.