ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Nazir Sahil Babayev Zaqatalada vətəndaşları qəbul edib
28 iyul 2023

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Zaqatala rayonunda Zaqatala və Balakən rayonlarının sakinlərini qəbul edib.

Qəbuldan əvvəl Sahil Babayev və Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Qəbul zamanı vətəndaşlar aktiv məşğulluq proqramlarına, o cümlədən özünüməşğulluq proqramına cəlb edilmə, ünvanlı sosial yardım, mənzil təminatı, əlillik, və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.  

Hər bir müraciət fərdi qaydada araşdırılaraq nəticəsinə uyğun tədbirlər görülüb. 

Vətəndaşlar  müraciətlərinə əsasən aktiv məşğulluq  proqramlarına, o cümlədən özünüməşğulluq, ictimai işlər proqramlarına, reabilitasiya xidmətlərinə cəlb edilmələri üçün  qeydiyyata alınıblar. Sorğu xarakterli müraciətlərlə bağlı müvafiq mövzularda izahatlar verilib.