"Azərbaycanla Moldova arasında əlaqələr daim inkişaf edir və bu əməkdaşlıq sosial sahəni də əhatə edir".
Bu fikirlər Dövlət Sosial Müdafiə Fondunda Moldova Respublikası Milli Sosial Sığorta Kassasının (MSSK) nümayəndə heyəti ilə keçirilən görüşdə səslənib.
Görüşdə DSMF sədrinin müavini Səfər Mehdiyev Azərbaycanda fərdi uçot və sosial sığorta, pensiya təminatı və sosial ödənişlərin təyinatı, bu sahədə aparılan islahatlarla bağlı məlumat verib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Sonra MSSK-nın Maliyyə Baş İdarəsinin rəisi Yelena Kostin bu sahədə Moldova təcrübəsindən bəhs edib.
Müxtəlif təqdimatlar olunub, suallar cavablandırılıb.
Sonda nümayəndə heyəti DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialında əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və müavinətlərin ödənilməsi sahəsində görülən işlərlə yerində tanış olub.