ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

I sinif şagirdlərinə məktəb ləvazimatları verilib
16 sentyabr 2024
Dövlət Sosial Müdafiə Fondu “McDonald's Azərbaycan” şirkəti ilə birlikdə 6-7 yaş aralığında olan bu il I sinfə gedəcək şəhid övladlarına məktəb ləvazimatları verib. 
 
Korporativ sosial məsuliyyət layihəsi çərçivəsində yeni tədris ili ərəfəsində ölkə üzrə 170 şəhid övladı məktəb ləvazimatları ilə təmin edilib. 
 
Qeyd edək ki, 2024-cü ilin fevral ayında Dövlət Sosial Müdafiə Fondu ilə "McDonald's Azərbaycan" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. 
 
İmzalanmış memorandum çərçivəsində 44 günlük Vətən müharibəsində canından keçmiş şəhidlərin və müharibə veteranlarının övladlarına dəstək məqsədilə bir sıra layihələr həyata keçirilib. Belə birgə təşəbbüslərin gələcəkdə də reallaşdırılması nəzərdə tutulub.