
Elektron poçt ünvanı: orkhan.samadov@sosial.gov.az
1990-cı ildə Bakı şəhərində anadan olub.
2008-2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə-kredit ixtisası üzrə bakalavr, 2016-2018-ci illərdə isə eyni universitetdə Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistr dərəcəsi alıb.
Əmək fəaliyyətinə 2013-cü ildə başlayıb və 2016-cı ilədək Bakı Şəhəri üzrə Təhsil İdarəsində mühasib vəzifəsində çalışıb.
2016-2018-ci illərdə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətində məsləhətçi, həmin nazirliyin Dövlət Xəzinədarlığı Agentliyində baş məsləhətçi kimi fəaliyyət göstərib.
2019-cu ildə Sumqayıt Texnologiyalar Parkının Maliyyə nəzarəti şöbəsinin müdir müavini vəzifəsində fəaliyyətinə davam edib.
2019-2020-ci illərdə Bakı Nəqliyyat Agentliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Maliyyə və büdcə proqnozlaşdırılması şöbəsinin müdiri, daha sonra İnzibati işlər və mühasibatlıq şöbəsinin müdiri vəzifələrində çalışıb.
2020-2021-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Maliyyə və mühasibatlıq departamentinin müdiri, 2021-2022-ci illərdə Fondun Aparatının Maliyyə departamentinin Hesabatlılıq, təhlil və statistika şöbəsinin müdiri, 2022-2025-ci illərdə isə Mühasibat uçotu departamentinin müdir müavini kimi fəaliyyətini davam etdirib.
Paralel olaraq 2018-2023-cü illərdə Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində mühasibat uçotu sahəsi üzrə pedaqoji fəaliyyətlə məşğul olub.
2025-ci ilin fevral ayından etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin olunub.
Təhsil və iş fəaliyyəti müddətində bir sıra beynəlxalq konfranslarda və təlimlərdə iştirak edib.
İngilis və rus dillərini bilir.