Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu regionlarda ictimai dinləmələr keçirməkdə davam edir.
Fond tərəfindən bu dəfə Zərdab rayonunda ictimai dinləmə təşkil olunub. Rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi görüşdə Fondun fəaliyyət istiqamətləri, əlilliyi müəyyən olunmuş şəxslərin hüquqları, operativliyin, əlçatanlığın və şəffaflığın təmin olunması istiqamətində görülən işlər barədə məlumat verilib.
Fondun nümayəndələri pensiya və sosial müavinətlər, eləcə də əlilliyi müəyyən edilmiş şəxslərə təyin olunan təqaüdlə bağlı təqdimatlarla çıxış ediblər. Bu ödəniş növlərinin mahiyyəti, bir-birindən fərqi də ətraflı izah olunub.
Dinləmədə iştirakçıları maraqlandıran suallar cavablandırılıb və ictimai dinləmələrin keçirilməsinin əhəmiyyəti vurğulanıb.







