DSMF sədri Zərdab rayonunda vətəndaşları qəbul edib
10 OKTYABR 2025

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev Zərdab rayonunda Kürdəmir və Zərdab sakinlərini qəbul edib. 

Qəbulda vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər əsasən pensiya, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı, eləcə də sosial sığorta və fərdi uçotla bağlı olub. 

Müraciətlərin hər biri qeydiyyata alınıb, bəziləri yerindəcə həll olunub, bir qisminin isə həll edilməsi üçün Fondun müvafiq struktur bölmələrinə tapşırıqlar verilib.