Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində Beynəlxalq Sosial Təminat Assosiasiyası (ISSA) tərəfindən təşkil edilən Asiya və Sakit okean ölkələri üzrə Regional Sosial Təminat Forumu çərçivəsində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov ISSA-nın mətbuat orqanına müsahibə verib.
Müsahibə zamanı H.Məmişov ölkəmizin mütərəqqi pensiya-sığorta sistemi, sosial təminat sahəsində həyata keçirilən uğurlu islahatlar və əldə olunmuş nailiyyətlərdən danışıb. Azərbaycanın yeni brendi – DOST Agentliyinin sosial xidmətlərin göstərilməsi sahəsində uğurlu fəaliyyətini, vətəndaş məmnunluğunun 98%-i üstələdiyini diqqətə çatdırıb.
Eyni zamanda o, Nazirliyin tabeliyində olan qurumların ISSA daxilindəki məhsuldar peşəkar fəaliyyəti, onların növbəti illər üzrə iş planları, habelə sədrlik etdiyi Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası ilə ISSA arasındakı əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüb.