ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

DSMF sədri Cəlilabadda sakinləri qəbul edəcək
27 may 2024

Hörmətli vətəndaşlar! 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov 7 iyun 2024-cü il tarixində saat 11:00-da Cəlilabad rayonunda Masallı və Cəlilabad sakinlərini qəbul edəcək. 
Pensiya, sosial müavinətlər, təqaüd, ünvanlı dövlət sosial yardımı və fərdi uçotla bağlı sualınız varsa, mayın 31-dək Fondun Cəlilabad rayonunda yerləşən qəbul şöbəsinə və Masallı rayonundakı regional filialına müraciət etməklə və ya gabul-dsmf@sosial.gov.az elektron ünvanına yazıb, eləcə də DSMF-nin sosial şəbəkə hesabları vasitəsi ilə müraciət edib qeydiyyatdan keçməklə qəbula yazıla bilərsiniz.