ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

DSMF sədri Bakıda növbəti vətəndaş qəbulu keçirib
16 may 2024

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov vətəndaş qəbulunu davam etdirir.  
DSMF sədri bu dəfə Fondun Qəbul Mərkəzində paytaxt Bakıda və regionlarda qeydiyyatda olan vətəndaşları qəbul edib.  Qəbul zamanı vətəndaşlar pensiya, sosial müavinətlər və ünvanlı dövlət sosial yardımı ilə bağlı müraciət ediblər.  
Müraciətlərin hər biri qeydiyyata alınıb. Bəzi müraciətlər yerində həllini tapıb, bir qisminin isə həll olunması üçün Fondun müvafiq struktur bölmələrinə tapşırıqlar verilib.