ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

DSMF əməkdaşları beynəlxalq vebinarda
03 avqust 2023

“İnter-Amerika Sosial Təminat Araşdırmaları Mərkəzi (İASTAM)” beynəlxalq qurumunun təşkilatçılığı ilə “Sosial təminat qurumlarında süni zəkanın təsiri və idarəçilik” mövzusunda beynəlxalq vebinar keçirilib.
DSMF-nin əməkdaşlarının da iştirak etdiyi vebinarda rutin və təkrarlanan tapşırıqların avtomatlaşdırılması üçün əməliyyat səmərəliliyinin təkmilləşdirilməsi, ağıllı çatbotlar vasitəsilə insanlarla fərdi qarşılıqlı əlaqənin yeni formaları, dəqiq tibbi diaqnoz və müdaxilələr üçün irihəcmli məlumatların toplanılması və bu kimi digər məsələlər müzakirə olunub.