“Nağd pul, vauçer yardımı və sosial müdafiə: Humanitar pul yardımı və sosial müdafiə sistemlərinin əlaqələndirilməsinə giriş” mövzusunda keçirilmiş beynəlxalq təlim kursunda DSMF əməkdaşlarına sertifikatları təqdim olunub
Dövlət Sosial Müdafiə Fondunun 4 əməkdaşı – Fondun Aparatının Sosial ödənişlər departamentinin aparıcı mütəxəssisi Rəqsanə Məmmədova, Beynəlxalq əlaqələr departamentinin baş mütəxəssisi Elçin Ballayev, Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının baş mütəxəssisi Fərid Bədəlov, Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının mütəxəssisi Şəmistan Tağıyev “CALP Network” beynəlxalq təşkilatı ilə “Humanitarian Leadership Academy” beynəlxalq təlim mərkəzi tərəfindən “Nağd pul, vauçer yardımı və sosial müdafiə: Humanitar pul yardımı və sosial müdafiə sistemlərinin əlaqələndirilməsinə giriş” mövzusunda keçirilmiş beynəlxalq virtual təlim kursunda iştirak edib. Onlar yekun qiymətləndirməni uğurla başa vuraraq, müvafiq sertifikatlarla təltif ediliblər.
DSMF əməkdaşlarına sertifikatlar təqdim olunub
31 iyul 2023
Qeyd edək ki, təlimdə Fondun Aparatı və mərkəzi filiallarından ümumilikdə 12 nəfər iştirak edir. Hazırda təlim kursu və qiymətləndirmə prosesi davam edir.