ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

DSMF əməkdaşları Koreyada olublar
29 may 2024

Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları üçün Koreyanın Milli Pensiya Xidmətinin ekspertləri öz ölkələrinin pensiya-sığorta sistemindəki təcrübəsinə dair  texniki seminarlar təşkil ediblər.

Seminarlarda Koreyanın Milli Pensiya Xidmətinin icraçı direktoru Conq Haq Kim iki qurum arasında səmərəli əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, müzakirə olunan məsələlərin hər iki qurumun da gələcək fəaliyyəti üçün faydalı olacağını bildirib. 
İnteraktiv formada keçən seminarlarda Koreyanın pensiya təminatı və sosial sığorta sistemi, elektron xidmətlər, əhalinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı dövlət proqramları müzakirə olunub. 
Eyni zamanda pensiya ödənişlərinin etibarlı maliyyə təminatı, pensiya təminatı sisteminin idarə olunmasını təkmilləşdirməklə səmərəliliyin artırılmasına dair fikir mübadiləsi aparılıb.