DSMF Cəlilabad rayonunda ictimai dinləmə keçirib
17 NOYABR 2025

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Cəlilabad rayonunda ictimai dinləmə təşkil edib.

Rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi görüşdə Fondun fəaliyyət istiqamətləri, vətəndaşların sosial təminat hüquqları, operativliyin, əlçatanlığın və şəffaflığın təmin olunması istiqamətində görülən işlər barədə məlumat verilib.

Fondun nümayəndələri pensiya, sosial müavinətlər və təqaüdlə bağlı təqdimatlarla çıxış ediblər. Bu ödəniş növlərinin mahiyyəti, bir-birindən fərqi ətraflı izah olunub.

Dinləmədə iştirakçıları maraqlandıran suallar cavablandırılıb və ictimai dinləmələrin keçirilməsinin əhəmiyyəti vurğulanıb.