ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

DSMF daha bir beynəlxalq mükafata layiq görüldü
30 iyul 2024

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) ABŞ-nin aparıcı qiymətləndirmə proqramlarından olan nüfuzlu “Global Recognition Awards” beynəlxalq müsabiqəsində də uğur qazanıb.

Böyük Britaniya, ABŞ, Almaniya, Macarıstan, Kanada, İspaniya, Mərakeş, Avstraliya, Yunanıstan və digər ölkələrin dövlət və özəl qurumlarının, nüfuzlu beynəlxalq təşkilatların da iştirak etdiyi müsabiqədə DSMF-nin müsabiqə işini münsiflər ən yüksək balla qiymətləndiriblər.

Sahibkarlıq, innovasiya, korporativ məsuliyyət sahəsində ən yaxşı nailiyyətləri tanıdan bu müsabiqənin qalibi seçilən Fond “Global Recognition Award 2024” mükafatına layiq görülüb. 

Həmin mükafat müstəsna nailiyyətlərinə, rifah səviyyəsinə verdiyi töhfələrə görə fərqlənən, rəqəmsal texnologiyaları, innovativ yanaşmaları geniş tətbiq və təşviq edən təşkilatlara verilir. 

Xatırladaq ki, bu mükafat DSMF-nin 2024-cü il ərzində layiq görüldüyü 19-cu, 2021-2024-cü illər ərzində 42-ci beynəlxalq mükafatdır.