Cari ilin səkkiz ayında DSMF-nin fəaliyyət istiqamətləri üzrə 146 191 elektron arayış alınıb
09 SENTYABR 2026
2026-cı ilin yanvar-avqust ayları ərzində DSMF-nin fəaliyyət istiqamətləri üzrə 146 191 elektron arayış alınıb.
Bu arayışların 68 052-si pensiya, 34 251-i müavinət və təqaüd, 29 948-i fərdi şəxsi hesab, 5 158-i ünvanlı dövlət sosial yardımı, 1 492-si ünvanlı dövlət sosial yardımı ödənişləri, 1 713-ü sağlamlıq imkanları məhdud olan uşaqlar, 5 577-si əlilliyi olan şəxslərə qulluqla bağlı olub.







