Cari ilin ilk beş ayı ərzində 34 470 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət ödənilib
03 İYUN 2026

2026-cı ilin yanvar-may ayları ərzində 34 470 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Fond tərəfindən ödəniş edilib.

Müavinət ödənişləri 16 044 nəfər qız, 18 426 nəfər oğlan uşağına görə aparılıb.