Cari ilin 5 ayında MDSS haqları üzrə daxilolmalarda 6,3% artım qeydə alınıb
18 İYUN 2026
2026-cı ilin yanvar-may ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 167,1 mln. manat və ya 6,3% artım qeydə alınıb.
Büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 75,8 mln. manat və ya 8,8%, qeyri-büdcə təşkilatları üzrə isə 159,3 mln. manat və ya 9,3% artımla olub.







