ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Beynəlxalq vebinar keçirilib
15 iyul 2024

Beynəlxalq Sosial Təminat Assosiasiyasının (ISSA) təşkilatçılığı ilə “Əməyin mühafizəsi və peşə sağlamlığını müzakirə edək. Siz heç kiberhücumdan zərər görmüsünüzmü?” mövzusunda vebinar keçirilib.
DSMF əməkdaşlarının da iştirak etdiyi vebinarda sənaye təhlükəsizliyinin əməyin mühafizəsi və peşə sağlamlığında əhəmiyyəti, təşkilatların işçilərini kiberhücumların təsirlərindən qorumaq üçün həyata keçirməli olduğu tədbirlər müzakirə olunub.
Eləcə də Almaniya və Kolumbiyada sənaye təhlükəsizliyinin təşkilatın risk qiymətləndirməsinin bir hissəsi kimi qəbul etmək üçün mövcud olan hüquqi tələblər ətrafında fikir mübadiləsi aparılıb.