ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Beynəlxalq vebinar keçirilib
21 avqust 2024

Beynəlxalq Sosial Təminat Assosiasiyasının (ISSA) təşkilatçılığı ilə “Sosial təminat sistemində biometrik və rəqəmsal identifikasiyadan faydalı istifadə” mövzusunda vebinar keçirilib.
Dövlət Sosial Müdafiə Fondunun əməkdaşlarının da iştirak etdiyi vebinarda sosial təminat qurumlarında biometrik texnologiyalardan istifadə, biometrik texnologiyaların sosial təminat sistemlərində identifikasiya yoxlanışının dəqiqliyi və səmərəliliyinin artırması müzakirə olunub. 
Eyni zamanda biometrik sistemlərin tətbiqi, bu həllərin informasiya-kommunikasiya texnologiyaları sistemlərinə və gündəlik əməliyyatlara inteqrasiyası zamanı sosial təminat qurumlarının üzləşdikləri çətinliklərə dair fikir mübadiləsi aparılıb. 
Sosial təminat sistemində biometrik identifikasiya sistemlərinin tətbiqi üçün istifadə olunan uğurlu strategiyalardan bəhs edilib. 
Vebinarda İspaniyanın Milli Sosial Təminat Qurumunun Koordinasiya və üfüqi texnologiya inkişafı şöbəsinin rəhbəri, Zambiyanın Milli Tibbi Sığortanın İdarə Olunması Qurumunun Tədqiqat və planlaşdırma şöbəsinin rəhbəri və “ID4Africa” təşkilatının icraçı sədri təqdimatlarla çıxış edib sualları cavablandırıblar.