2 765 vətəndaş müraciəti cavablandırılıb
04 iyun 2024
Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə 2024-cü ilin may ayı ərzində 2 765 vətəndaş müraciəti cavablandırılıb.
Müraciətlərin 1 045-i ünvanlı dövlət sosial yardımı, 627-si pensiya təyinatı, 696-sı sosial müavinət və təqaüd, 50-si sosial sığorta və fərdi uçot, 347-si isə digər istiqamətlər üzrə olub.