15 222 vətəndaş müraciəti cavablandırılıb
01 iyul 2024
Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə 2024-cü ilin yanvar-iyun ayları ərzində 15 222 vətəndaş müraciəti cavablandırılıb.
Müraciətlərin 5 937-si ünvanlı dövlət sosial yardımı, 3 426-sı pensiya təyinatı, 3 887-si sosial müavinət və təqaüd, 215-i sosial sığorta və fərdi uçot, 1 757-si isə digər istiqamətlər üzrə olub.