ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Yaxşı idarəçilik” və “Xidmət Keyfiyyəti” meyarları üzrə Mükəmməlik Sertifikatları

24 – 28 oktyabr 2022-ci il tarixlərində Mərakeş Krallığının Mərakeş şəhərində BSTA-nın təşkil etdiyi Dünya Sosial Təminat Forumu çərçivəsində Fond “Yaxşı idarəçilik”“Xidmət keyfiyyəti” meyarları üzrə ISSA tərəfindən növbəti 3 il üçün hüquqi qüvvəyə malik olan iki Mükəmməllik Sertifikatı ilə təltif edildi.

Sertifikatlar xarici dövlət qurumlarının da qatıldığı beynəlxalq müsabiqədə ölkəmizdə sosial təminat sisteminin təkmilləşdirilməsi istiqamətində aparılan uğurlu islahatların, proaktiv xidmət modeli çərçivəsində tətbiq edilən çevik və şəffaf rəqəmsal mexanizmlərin, habelə müasir çağırışlara cavab verən, gələcəyə hədəflənən innovativ yanaşmaların müstəqil beynəlxalq ekspertlər tərəfindən dərin, hərtərəfli təhlili və qiymətləndirilməsi nəticəsində təqdim edilib.

“Mükəmməllik diplomu”nun üstünlükləri:

  • DSMF-nin fəliyyətinin hər iki indikator üzrə ISSA-nın təlimatlarına mükəmməl səviyyədə cavab verməsi və bu sahədə mövcud olan beynəlxalq/dünya standartlarına tam uyğunluğu;
  • DSMF-nin fəaliyyətinin beynəlxalq səviyyədə qiymətləndirilməsi/reytinqi və tanınması;
  • Növbəti 3 il ərzində ISSA-nın rəsmi egida və loqotipindən DSMF-nin bütün nəşrlərində (o cümlədən rəsmi blanklarında, sənədlərdə və s.) və DSMF tərəfindən təşkil ediləcək tədbirlərin logistik həllərində tamhüquqlu istifadə edilməsi;
  • DSMF-nin fəaliyyətinin qabaqcıl beynəlxalq standartlara uyğun daha da təkmilləşdirilməsi imkanları, eləcə də maraqlı tərəflər arasında DSMF-nin beynəlxalq legitimliyinin dəstəklənməsi.