ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Ən Yaxşı mütərəqqi təcrübəni təsdiq edən Xüsusi Qeydli Fəxri Diplom”

Fond Beynəlxalq Sosial Təminat Assosiasiyasının təşkil etdiyi beynəlxalq müsabiqədə qalib gələrək, cari ilin may ayında Assosiasiyanın “Ən Yaxşı mütərəqqi təcrübəni təsdiq edən Xüsusi Qeydli Fəxri Diplom”una layiq görülmüşdür. Fondun beynəlxalq müsabiqəyə təqdim etdiyi iş son illər ərzində sosial təminat sahəsində aparılan genişmiqyaslı islahatlar və onların vətəndaş məmnunluğuna müsbət təsiri ilə əlaqədar olmuşdur.  Bu xüsusda, Fondun fəaliyyətinin “inzibati yanaşma” modelindən “vətəndaşlara xidmət” modelinə uyğun yenidən təşkili çərçivəsində Fond tərəfindən əhaliyə rəqəmsal və proaktiv xidmətlərin necə göstərilməsi vurğulanmışdır. “Ən Yaxşı mütərəqqi təcrübəni təsdiq edən Xüsusi Qeydli Fəxri Diplom” Fonda Beynəlxalq Sosial Təminat Assosiasiyasının 2022-ci ilin 2–3 may tarixlərində Estoniyanın Tallin şəhərində keçirilmiş Avropa üzrə Regional Sosial Təminat Forumu zamanı təqdim edilmişdir.