ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” ali mükafatı

Fond Böyük Britaniyanın “iESE - The Public Sector Transformation Partner”in təşkil etdiyi “Dövlət sektorunda transformasiyaya görə beynəlxalq mükafat” müsabiqəsində iştirak edərək cari ilin mart ayında “2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” ali mükafatına layiq görülmüşdür.

Fondun müsabiqəyə təqdim etdiyi iş son illər ərzində sosial təminat sahəsində biznes-proseslərin keyfiyyətinin və çevikliyinin artırılaraq əhaliyə daha rahat, əlverişli və şəffaf xidmətlərin göstərilməsi, onların rəqəmsal və proaktiv müstəvidə təqdim olunması, Fondun fəaliyyətinin “inzibati yanaşma” modelindən “vətəndaşlara xidmət” modelinə uyğun yenidən təşkili və nəticədə vətəndaş məmnunluğuna nail olunması, eləcə də sosial təminat sahəsində mərkəzləşdirmə islahatları ilə bağlı olmuşdur. 

“2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” mükafatını əldə etmək məqsədilə müsabiqədə Azərbaycanla yanaşı, İtaliya, Almaniya, İspaniya, İsrail, ABŞ, BƏƏ, Yunanıstan  və digər ölkələrin müvafiq dövlət qurumları da iştirak etmişdir. Münsiflər heyətinin yekdil qərarına əsasən, Fond beynəlxalq müsabiqənin sözügedən mükafatına layiq görülmüşdür.

Təltifetmə mərasimi cari ilin 9 mart tarixində Böyük Britaniyanın London şəhərindəki “Church House Westminster”də keçirilməklə Birləşmiş Krallığının bir sıra televiziya kanallarında, eləcə də “YouTube” sosial şəbəkəsində canlı yayımlanmışdır.