ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Tağı Zadə Azad Tağı oğlu

Elektron poçt ünvanı: azad.tagizade@sosial.gov.az

 

1953-cü ildə Bakı şəhərində anadan olub.

1975-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Mexanika-riyaziyyat fakültəsini, 1978-ci ildə isə həmin universitetin aspiranturasını bitirib. 1979-cu ildə MDU-da fizika-riyaziyyat elmləri üzrə namizədlik dissertasiyası müdafiə edib. 1985-ci ildə Xarici Dillər Universitetinin İngilis ədəbiyyatı fakültəsini bitirib.

1979-2008-ci illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində çalışıb. 2008-2017-ci illərdə MDU-nun Bakı filialında elmi işlər üzrə prorektor işləyib. 1994-1998-ci illərdə TÜBİTAK-ın dəvəti ilə Türkiyənin bir sıra universitetlərində elmi kadrların hazırlanmasına rəhbərlik edib. 1998-2000-ci illərdə Avropa İttifaqının TACİS proqramında təlimlər üzrə ekspert kimi çalışıb. 2002-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şöbə müdiri vəzifəsində işləyib. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinin müşaviridir.

2002-2006-cı illərdə Avropa Şurasının Sosial Xartiyaya Nəzarət üzrə Ekspertlər Komitəsinin üzvü işləyib. 2008-2015-ci, 2018-2024-cü illər üzrə BMT-nin İnsan Hüquqları üzrə Əməkçi Miqrantlar Komitəsinin vitse-prezidenti seçilib. Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının üzvüdür.

Akademik Petrovski adına mükafatın laureatıdır. 1999-cu ildə Azərbaycan Respublikası Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü – akademiki seçilib. 2010-cu ildən Türk Dilli Dövlətlərin Riyaziyyatçıları Cəmiyyətinin (TDRC) İdarə Heyətinin üzvüdür.

100-dən artıq elmi məqalə və dərslik müəllifidir.

İngilis, rus və türk dillərini bilir.