Mehdiyev Rəşad Şahin oğlu

Elektron poçt ünvanı: rashad.mehdiyev@sosial.gov.az
1984-cü ildə Tərtər rayonunda anadan olub.
2005-ci ildə Bakı Slavyan Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr dərəcəsi alıb. Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında bakalavr təhsil səviyyəsində Menecment ixtisası üzrə təhsil alır.
2020-2021-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Sosial tərəfdaşlarla iş departamentində çalışıb, 2021-ci ildən isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinin müşaviridir.
Rus, türk və ingilis dillərini bilir.