State policy of ours – is to solve social problems first of all, along with the development of economy

Haydar Aliyev

29 March 2015Sunday
NEWS FEED


Adınız* :
E-mail* :
Sual* :
Təhlükəsizlik kodunu daxil edin*:


2014-09-03 17:08:01 Mehemmed :
Salam. Mən Murovda hərbi xidmətdə olmuşam və orada minaya düşmüşəm. Bilmək istəyirəm, mənə pensiya düşür və nə qədər düşür? Çox xahiş edirəm sualıma cavab yazin.


Əlilliyə görə əmək pensiyaları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən müəyyən olunmuş əlillik qrupu və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası təyin olunması üçün tələb olunan sığorta stajına əsasən təyin edilir.

2014-09-03 17:05:03 Məmməd :
Yaşa görə pensiyaya çıxdıqda institutda əyani oxuma müddəti iş stajına daxildir?


Sığora stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsi ilə müəyyənləşdirilmişdir. Həmin maddədə əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmamışdır.

2014-09-03 15:11:10 Kamalə :
Salam. Bir sual verim, xahiş edirəm cavablandirin. Atamın 25 il staji olub, pensiya yaşına bir ay qalmış rəhmətə gedib. Onun əmək haqqından tutulmuş sosial sığorta haqqı ödənilməli deyil? Deyilsə, bəs onda 25 faiz niyə ödəyirik, onsuz da qoyulan yaş həddinə çox adamlar çatmir. Minnətdaram.


“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortası işəgötürənlər tərəfindən bütün əmək müqaviləsi üzrə işləyənlər barəsində həyata keçirilir.

2014-09-03 12:56:17 Bahadir. :
Mənim 1-ci qrup gözdən kor qardaşım Eminov Elnur Dixiy oğlu və 1-ci qrup gözdən əlil-kor bacım Eminova Adilə Dixiy qızı 57 manat +60 manat prezident təqaüdünü alırlar. Lakin həmin qəbildən olan kor təqaüdçülərə rast gəlirəm ki,onların pensiyaları 230 manatdan çoxdur. Xahiş edirəm ki, onların təqaüdlərinə yenidən baxılsın. Həm də onlara qulluq göstərilməsinə görə qanunla əlavə müavinət verilir. Həmin müavinət nə qədər olmalıdır və necə ala bilərik?


“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta hissəsi üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə həmin dövr üzrə sığorta hissəsinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin I qrup gözdən əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə 200 faizi həcmində müəyyən edilir. Həmçinin qanunun 19.2.2-ci maddəsinə əsasən I qrup əlillərə qulluq üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 10 faizi məbləğində əlavənin verilməsi nəzərdə tutulmuşdur.

2014-09-03 00:06:01 rovlan :
6 il stajım var, özüm də 3-cü qrup əliləm. Mənim pensiyam necə hesablanmalıdır?


“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən vətəndaşlara əmək pensiyası təyin edilərkən pensiyanın sığorta hissəsinin məbləğinin hesablanması iki mərhələdə həyata keçirilir. Birinci mərhələdə onların “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixədək qazanmış olduqları əmək pensiyası hüquqları həmin Qanunun 27-ci maddəsinə əsasən bu dövrə aid olan ümumi iş stajına, ikinci mərhələdə isə 1 yanvar 2006-cı il tarixdən sonra sığortaolunanların gəlirlərindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına əsasən müəyyənləşdirilir. Bu qaydada hesablanmış sığorta hissəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş pensiyanın baza hissəsi ilə cəmlənməklə pensiyanın ümumi məbləği alınır. Eyni zamanda qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının təyin olunması üçün əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam il üçün 4 ay sığorta stajı olduqda təyin edilir.

2014-09-02 22:55:36 Rövşən :
Salam. Parkinsonizm (əldə, başda əsmə) xəstəliyi olan şəxslərə əlillik düşürmü?


Əlilliyin səbəbinin müəyyənləşdirilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir.

2014-09-01 21:56:08 ulviyye :
Salam. Mənim 60 yaşim var. 1993-cü ildən xəstəliklə əlaqədar 2-ci dərəcəli əlillik təqaüdü alıram. 1995-2014 cü ilin may ayına kimi işləyərək, DSMF-yə pul ödəmişəm. Xəstəliklə bağlı olaraq elə 2014-cü ilin may ayında əmək fəaliyyətimi dayandırmışam. Məni maraqlandıran odur ki, bu illər ərzində DSMF-yə ödədiyim yekun olaraq təqaüdümə əlavə olunacaq, ya yox? Xahiş edirəm, ətraflı məlumat verəsiniz.


“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən vətəndaşlara əmək pensiyası təyin edilərkən pensiyanın sığorta hissəsinin məbləğinin hesablanması iki mərhələdə həyata keçirilir. Birinci mərhələdə onların “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixədək qazanmış olduqları əmək pensiyası hüquqları həmin Qanunun 27-ci maddəsinə əsasən bu dövrə aid olan ümumi iş stajına, ikinci mərhələdə isə 1 yanvar 2006-cı il tarixdən sonra sığortaolunanların gəlirlərindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına əsasən müəyyənləşdirilir. Bu qaydada hesablanmış sığorta hissəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş pensiyanın baza hissəsi ilə cəmlənməklə pensiyanın ümumi məbləği alınır.

2014-09-01 20:24:01 aysel :
Atasız 3 uşaq böyütmüş anaya pensiya və ya yardım düsürmü? Nəzərinizə çatdırım ki, uşaqlar yetkinlik yaşına çatıb.


“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 2014-cü il üçün qadınların pensiya yaş həddi 59 yaş 6 ay müəyyən edilmişdir.

2014-09-01 15:45:00 Baba :
Salam. Mən ailə başçısının itirilməsinə görə pensiya alıram. Hal-hazırda 23 yaşım var. 4-cü kursda oxuyuram. Universitetdən arayış apardım ki, həqiqətən ali məktəbdə oxuyuram. Bizə DSMF-dən dedilər ki, uşağın 23 yaşı varsa, təqaüd düşmür. Qanunla bu doğrudurmu?


“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş şəxslərin 18 yaşına çatmamış, eləcə də təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan 23 yaşınadək övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır.

2014-09-01 14:57:14 Pərvanə :
Salam. Mənim 43 yaşım, 23 il iş stajım var, onun 20 ilini eyni müəssisədə işləmişəm, mənim 52 yaşında pensiyaya çıxmaq hüququm varmı? Əvvəlcədən təşəkkürümü bildirirəm.


“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”sı üzrə) çalışan qadınlar 52 yaşa çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanırlar.

« | ... 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 ... | »

Back | Top

Subscribe!

Enter your e-mail and confirm your choice

Appointment setting

Contact us

Address of the Fund:

AZ 1122 Baki, H. Zardabi avenue, 80
PHONE: (+994 12) 434 60 18
FAX:(+994 12) 434 55 87

Questions to be addressed to the following e-mail:
info@sspf.gov.az

1888
184688
7946482