Dövlətimizin siyasəti – iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, ilk növbədə sosial problemləri həll etməkdən ibarətdir

Heydər Əliyev

2 Sentyabr 2015Çərşənbə
XƏBƏR LENTİ

Əmək pensiyaları


Adınız* :
E-mail* :
Sual* :
Təhlükəsizlik kodunu daxil edin*:


2015-04-21 12:39:32 Saimat soruşur:
Salam. Mənin anamın 53 yaşı var. 9-10 il əmək stajı var. Evdə 3 əlilə baxır. Artıq gözləri də zəif görür. Bu halda mənim anam pensiya ala bilərmi?

Hörmətli istifadəçi!
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 60 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Bildiririk ki, əmək pensiyası təminatına dair normativ hüquqi aktlara əsasən I qrup əlilə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa və ya 70 yaşına çatmış qocalara qulluq müddəti ümumi iş (sosial sığorta) stajına onların üzərində qanunvericiliklə müəyyən edilmiş qaydada təyin edilmiş qəyyumların (himayəçilərinin) qulluq etməsi barədə tərtib olunmuş müayinə aktı əsasında yalnız şəxs sığortaolunan (xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxs) olduqda daxil edilir. Eyni zamanda bildiririk ki, əlilliyə görə əmək pensiyaları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tibbi sosial ekspert komissiyası tərəfindən müəyyən olunmuş əlillik qrupu və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası təyin olunması üçün tələb olunan sığorta stajına əsasən təyin edilir.

2015-04-20 11:47:13 Rəhimova Pərvanə soruşur:
Salam. Mən 2003-cü ildən 2014-cü ilə qədər bir xəstəxanada Radioloji şöbədə Rentgen texnik vəzifəsində çalışmışam. Hal-hazırda da başqa bir xəstəxanada R -texnik işləyirəm. Pensiyaya çıxmaq üçün hansı sənədləri gətirməliyəm?

Hörmətli istifadəçi!
Əmək pensiyası təminatına dair normativ hüquqi aktlara əsasən yaşa görə pensiya təyin edilməsi üçün tələb edilən sənədlər aşağıdakılardır: Müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər (əmək kitabçası), sığorta şəhadətnaməsi, həmçinin ərizəçinin Qanunun 19-cu maddəsinə əsasən əmək pensiyasının baza hissəsinə əlavə hesablanmasına hüququnu təsdiq edən sənədlər və.s. Bütün sənədlərin kserosurəti natorial qaydada təsdiq olunmuş olsun. Eyni zamanda nəzərinizə çatdırırıq ki, əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, növünün dəyişdirilməsi şəxsin (ərizəçinin) daimi yaşadığı yer üzrə Dövlət Sosial Müdafiə Fondunun rayon və şəhər şöbələri (Pensiya təyin edən komissiya) tərəfindən həyata keçirilir.

2015-04-20 00:53:31 Təvəkkül soruşur:
41 il ümumi əmək stajım var. Dövlət qulluğunda işləməmişəm. Qocalığa görə pensiyaya çışmışam 2006-cı ildən. Hal-hazırda işləyirəm, orta aylıq əmək haqqım 400 manatdır. Mənə pensiya təyin olunub 200 manat. Düzgündürmü? 22 yanvar 2015-ci ildən pensiya təyin olunub.

Hörmətli istifadəçi!
Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının məbləği 1 yanvar 2006-cı il tarixədək olan dövr üçün şəxslərin sığorta stajına, 1 yanvar 2006-cı il tarixdən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində toplanan sığorta kapitalına uyğun olaraq müəyyənləşdirilir. Eyni zamanda bildiririk ki, əmək pensiyalarına dair normativ-hüquqi aktlara əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, növünün dəyişdirilməsi şəxsin (ərizəçinin) daimi yaşadığı yer üzrə Dövlət Sosial Müdafiə Fondunun rayon və şəhər şöbələri (Pensiya təyin edən komissiya) tərəfindən həyata keçirilir. Bununla bağlı müvafiq sənədlərlə qeydiyyatda olduğunuz ərazi üzrə Fondun yerli orqanına müraciət etməyiniz xahiş olunur.

2015-04-18 20:55:49 İlahe soruşur:
Mənim bibim 1955-ci ildəndir. Mayın 1-i 60 yaşı tamam olur. Bibim qocalığa görə pensiyaya çıxa bilər? Çıxa bilərsə ona staj lazımdı, yoxsa yox?

Hörmətli istifadəçi!
Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 60 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır.

2015-04-18 13:27:08 Nurane Aslanova soruşur:
Salam. Qaynatam 11 ildir rəhmətə gedib. 35 il stajı olub, qaynanamın da 59 yaşı var. 3 il stajı var. Qaynatama görə qaynanam pensiya ala bilər? Hal-hazırda evdar qadındır.

Hörmətli istifadəçi!
Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.2-ci maddəsinə əsasən qadınların bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşına çatdıqda, yaxud I və ya II qrup əlil olduqda ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranır. 1 yanvar 2015-ci il tarixdən qadınların pensiya yaş həddi 60 yaş müəyyən edilmişdir.

2015-04-17 16:26:37 Teyyub soruşur:
Mən 1953-cü il təvəllüdlüyəm. 1969-cu ildən instituta daxil olmuşam. 1973-cü ildə bitirib, əmək faliyətinə başlamışam. Hal-hazırda Memarlıq və İnşaat unversitetində böyük elmi işçi işləyirəm. 2016-cı ildə pensiyaya çıxacağam. Nə qədər pensiya ala bilərəm?

Hörmətli istifadəçi!
Bildiririk ki, vətəndaşlara əmək pensiyası təyin edilərkən pensiyanın sığorta hissəsinin məbləğinin hesablanması iki mərhələdə həyata keçirilir. Birinci mərhələdə onların “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixədək qazanmış olduqları əmək pensiyası hüquqları həmin Qanunun 27-ci maddəsinə əsasən bu dövrə aid olan ümumi iş stajına, ikinci mərhələdə isə 1 yanvar 2006-cı il tarixdən sonra sığortaolunanların gəlirlərindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına əsasən müəyyənləşdirilir. Hesablanmış sığorta hissəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş pensiyanın baza hissəsi ilə cəmlənməklə pensiyanın ümumi məbləği alınır. Eyni zamanda bildiririk ki, əmək pensiyalarına dair normativ-hüquqi aktlara əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, növünün dəyişdirilməsi şəxsin (ərizəçinin) daimi yaşadığı yer üzrə Dövlət Sosial Müdafiə Fondunun rayon və şəhər şöbələri (Pensiya təyin edən komissiya) tərəfindən həyata keçirilir.

2015-04-15 19:14:49 Zahid soruşur:
Mənim atam 21 il pilot (təyyarəçi) işləyib, pensiyaya çıxmasına az qalıb. Onun pensiyası nə qədər olmalıdır?

Hörmətli istifadəçi!
Bildiririk ki, vətəndaşlara əmək pensiyası təyin edilərkən pensiyanın sığorta hissəsinin məbləğinin hesablanması iki mərhələdə həyata keçirilir. Birinci mərhələdə onların “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixədək qazanmış olduqları əmək pensiyası hüquqları həmin Qanunun 27-ci maddəsinə əsasən bu dövrə aid olan ümumi iş stajına, ikinci mərhələdə isə 1 yanvar 2006-cı il tarixdən sonra sığortaolunanların gəlirlərindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına əsasən müəyyənləşdirilir. Hesablanmış sığorta hissəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş pensiyanın baza hissəsi ilə cəmlənməklə pensiyanın ümumi məbləği alınır.

2015-04-15 14:41:49 Piriverdiyeva Solmaz soruşur:
Mənim 57 yaşım var. 14 il stajım, 2 uşağım var. Mən neçə yaşımda təqaüd ala biləcəm?

Hörmətli istifadəçi!
Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 60 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır.

2015-04-15 10:47:30 Ülkər soruşur:
Salam. Anam 1959-cu ildəndir. 30 ildir ki, anadangəlmə və uşaqlıqdan xəstə uşağa baxır. Anama xəstə uşağa baxdığı üçün pensiya düşür?

Hörmətli istifadəçi!
Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2.-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunanlara əsasən qadınların pensiya yaş həddi 01.01.2015-ci il tarixdən 60 yaş müəyyən edilmişdir

2015-04-15 10:14:28 Ruslan soruşur:
Xalam Güllü 1958-cı il anadan olub. 30 illik əmək stajı var. Bilmək istəyirik ki, nə zaman pensiya ala biləcək?

Hörmətli istifadəçi!
Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 60 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır.

« | ... 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 ... | »

Geri | Yuxarı

Abunə ol!

Elektron poçt ünvanınızı daxil edib istəyinizi təsdiqləyin

Fondun qəbulu

Əlaqə məlumatı

FONDUN ÜNVANI:

AZ 1122 BAKI şəhəri, H. Zərdabi prospekti, 80
TELEFON: (+994 12) 434 60 18
FAKS:(+994 12) 434 55 87

Suallarınızı aşağıdakı poçt ünvanına yaza bilərsiniz:
info@sspf.gov.az

4504
11423
9218857